AZ

Bloomberg: Polşa Çin mallarının Aİ-yə ixracını əngəlləyəcək

Polşa Belarusla sərhəddə miqrant axını fonunda Çin mallarının dəmir yolu ilə Avropa İttifaqına ixracını əngəlləmək niyyətindədir.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, 2022-ci ildə Rusiyanın Ukraynada xüsusi əməliyyatına başladıqdan sonra Belarus Çin mallarının dəmir yolu ilə Avropa İttifaqına daşındığı yeganə ölkə olub.

Avrasiya Dəmir Yolları Alyansının məlumatına görə, bu ilin birinci rübündə bu marşrut üzrə daşınan konteynerlərin həcmi 89% artıb.

Polşanın xarici işlər naziri Radoslav Sikorskinin sözlərinə görə, ölkə Çinlə danışıqlarda yük tranzitinin bloklanmasından istifadə edə bilər. Çin Xarici İşlər Nazirliyi isə bildirib ki, Pekin fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə, tərəflərin təhlükəsiz və fasiləsiz təchizatla təmin olunmasına ümid edir.

Qeyd edək ki may ayında Polşa və Belarus sərhədində qanunsuz miqrant polşalı əsgəri bıçaqlayıb. Əsgər bir neçə gün sonra Varşavada xəstəxanada dünyasını dəyişib. Belarus Dövlət Sərhəd Komitəsi bildirib ki, ölkə insidentlə bağlı həm birtərəfli, həm də ikitərəfli araşdırmalar aparmağa hazırdır. 

Gülşən Şərif

Seçilən
90
21
bakivaxti.az

10Mənbələr