AZ

"Rusiya təcavüzünə birbaşa cavab" - Polşa hərbi əməliyyata başlayır

 
"Rusiyanın proqnozlaşdırılmayan hərəkətləri qarşısında ölkənin hava hücumundan müdafiəsinin gücləndirilməsi prioritet məsələdir..."
 
Avqustun 1-dən Polşa Silahlı Qüvvələri "Wschodina zorza" ("Şərq şəfəqi") adı altında yeni hərbi əməliyyata başlayır.
 
Moderator.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat verib. Məlumatı "ostrovets.by" nəşri yayıb.
 
"Bu əməliyyat Rusiyanın Ukraynaya qarşı təcavüzünə birbaşa cavabdır, çünki bu təcavüz Polşanın hava məkanının pozulması riskini artırıb", - məlumatda deyilir.
 
Əməliyyatın əsas məqsədi Polşanın onun hava məkanını qanunsuz olaraq pozan obyektlərdən müdafiə edilməsidir.
 
"Dronlar və digər pilotsuz uçuş aparatları üçün səciyyəvi olan kiçik və çox kiçik hündürlükdə olan obyektlərə xüsusi diqqət yetiriləcək. Əməliyyat Polşanın pozuntular riskinin ən çox olduğu şərq və şimal-şərqini əhatə edir", - Polşa Müdafiə Nazirliyi bəyan edib.
 
Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı əməliyyatın koordinsiya edilməsinə cavabdeh olacaq, əməliyyat komandanlığın tabeçilində olan bölmələr, o cümlədən Hava Əməliyyatları Mərkəzinin aviasiya hissəsinin komandanlığı həyata keçirəcək.
 
"Bunun sayəsində resurslara səmərəli şəkildə nəzarət etmək və mümkün təhlükələrə tez bir zamanda cavab vermək mümkün olacaq", - hərbçilər əmin edib.
 
"Şərq şəfəqi" əməliyyatının əsas vəzifələri aşağıdakılardır:
 
- hava məkanının daimi monitorinqi;
 
- aşkar edilmiş pozuntulara cavab verilməsi və onların neytrallaşdırılması;
 
- səmərəli informasiya mübadiləsi və müdafiə fəaliyyətinin koordinasiyası üçün Polşa ilə həmsərhəd olan müttəfiqlər və ölkələrlə əməkdaşlıq;
 
- ən yüksək operativ hazırlığın təmin edilməsi üçün müntəzəm məşqlər və hərbi qulluqçuların təlimləri.
 
"Hava hücumundan müdafiə sisteminin möhkəmləndirilməsi təkcə cari hadisələrə cavab deyil, həm də ölkənin uzunmüddətli təhlükəsizliyinə qoyulan investisiyadır.
 
Hava məkanının səmərəli müdafiəsi Polşanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi üçün lazımdır", - məlumatda deyilir.
 
"Şərq şəfəqi" Polşanın milli təhlükəsizliyinin yüksəldilməsi yolunda atılan addımdır. Rusiyanın proqnozlaşdırılmayan hərəkətləri qarşısında hava hücumundan müdafiənin gücləndirilməsi prioritet məsələdir.
 
Qabaqcıl texnologiyalar, effektiv prosedurlar və beynəlxalq əməkdaşlıq sayəsində Polşa özünün hava məkanını səmərəli şəkildə müdafiə edə və öz vətəndaşlarının təhlükəsizliyini təmin edə biləcək", - Polşa Müdafiə Nazirliyinin məlumatında deyilir.
Seçilən
88
21
moderator.az

10Mənbələr