AZ

Saakaşvili yenidən HAKİMİYYƏTƏ GƏLƏ BİLƏR – ŞOK DETALLAR

Gürcüstan prezidenti sabiq həmkarının əfvi məsələsini nəzərdən keçirir; “Mişa” Tiflisdə qalacaq, yoxsa…

Gürcüstan prezidenti Salome Zurabişvili sabiq həmkarı, hazırda həbsdə olan Mixail Saakaşvilinin əfvi məsələsini nəzərdən keçirir. Bunu parlamentin spikeri Şalva Papuaşvili bəyan edib. O qeyd edib ki, 2023-cü ilin oktyabrında S.Zurabişvilinin impiçmenti məsələsi müzakirəyə çıxarılanda Vahid Milli Hərəkat Partiyası layihənin əleyhinə səs verib: “Salome Zurabişvili hazırda məhz Mixail Saakaşviliyə görə öz vəzifəsini qoruyub saxlayır. Təbii ki, kimisə əfv etmək prezidentin səlahiyyətindədir, lakin əminəm ki, dövlət başçısı öz səlahiyyətindən istifadə edib, Saakaşvilini əfv edəcək”.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili 2021-ci ilin oktyabrında gizli şəkildə sərhədi keçmək ittihamı ilə saxlanılıb. 2022-ci ilin mayında səhhəti pisləşdiyindən Tiflisin özəl klinikalarından birinə yerləşdirilib. Saakaşvili azadlığa buraxılsa, Gürcüstandan çıxması tələbi ola bilər. Belə iddialar da var ki, Saakaşvili azad edildikdən sonra Qərbdən qopmaq kursu götürən indiki hakimiyyətə qarşı proses başlada bilər. Bu ehtimal nə dərəcədə inandırıcıdır? Onun yenidən hakimiyyətə qaytarılması mümkün ola bilərmi? Çünki özü də açıqlamışdı ki, Gürcüstanın taleyi payızda həll olunacaq. Sabiq prezident hesab edir ki, payızda keçiriləcək parlament seçkilərinin nəticələri hər şeyi müəyyən edəcək. Hətta Saakaşvili Gürcüstanda parlament seçkilərinin nəticələrinin elan edilməsindən sonra kütləvi etirazlar keçirilməsi üçün çağırış edib. Seçkilər 2024-cü il 26 oktyabr tarixində keçiriləcək. Saakaşvili öz tərəfdarlarını həmin tarixdən sonra küçələrə çıxmağa çağırıb. Saakaşvili seçkilərə getməyin və onların gedişatına nəzarət etməyin zəruri olduğunu söyləyib və hakimiyyət gürcü xalqının seçimini qəbul edənə qədər etirazların davam etməli olduğunu deyib.

Gürcüstan növbəti inqilabın ərəfəsində: Saakaşvili yenidən hakimiyyətə gələcək? – Turkustan.az

Qeyd edək ki, avqustun 2-də Saakaşvili barəsində sərhədi qanunsuz keçmə ittihamı üzrə həbs qətimkan tədbiri seçilib. Qərar prokurorun təqdimatı əsasında verilib və işə yenidən baxılacağı üçün şahidlərə və məhkəmə istintaqının gedişinə təsir göstərə biləcəyi ilə əsaslandırılıb. Keçmiş prezident 2021-ci il sentyabrın 29-da gəlib, oktyabrın 1-də isə həbs olunub. Bu müddətin 6 aydan az hissəsini həbsdə, qalanını isə xəstəxanalarda keçirib. Gürcüstanın baş naziri İrakli Kobaxidze isə jurnalistlərə deyib ki, uzun müddət həbsdə deyil, özəl klinikalardan birində olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı qərarı müvafiq idarələr verməlidir. Baş nazir Saakaşvilinin həbsə qayıtmasının onun üçün maraqlı olmadığını söyləyib.

Saakaşviliyə qarşı yeni ittiham irəli sürülüb

“Saakaşvilinin səhhəti yaxşılaşıb”. Bunu da Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib. “Onun səhhətinin vəziyyəti daim diqqət və nəzarətdə saxlanılır… Şəxsən çox şadam ki, onun səhhəti kəskin şəkildə yaxşılaşıb”, – o vurğulayıb. Xatırladaq ki, 56 yaşlı Saakaşvili 2008-2013-cü illərdə Gürcüstan prezidenti olub. 2015-ci ilin fevralından 2016-cı ilin noyabrınadək Ukraynanın o vaxtkı prezidenti Petro Poroşenkonun müşaviri olub. Bir müddət Odessa vilayətinin qubernatoru vəzifəsini icra edib. 2020-ci ilin mayından 2021-ci ilin fevral ayına qədər Ukraynanın Milli İslahatlar Şurasının rəhbəri olub.

Maraqlıdır ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili hazırkı dövlət başçısı Salome Zurabişvilini tənqid edib.

Ulusal.az  xəbər verir ki, bu barədə o, xüsusi bəyanat yayıb.

Saakaşvilinin sözlərinə görə, Salome Zurabişvilinin Gürcüstan hökumətini tənqid etməsi onun üçün təəccüblüdür.

Halbuki vaxtilə məhz Salome Zurabişvili sabiq prezidentin həbsinə heç bir şəkildə etiraz etməyib.

Saakaşvili Zurabişvilinin məhkəmədən onu susdurmağı xahiş etdiyini də yazıb.

“İndi o, İvanişvilinin məhkəməsindən məni, əsas müxalifət partiyasının liderini susdurmağı tələb edir. Budur onun demokratik platforması? Axı demokratiya, ilk növbədə, ədalət və bərabərlikdir. Biz belə ədalətli və demokratik dövləti necə yarada bilərik?” – deyə Saakaşvili açıqlamasında bildirib.

Siyasi ekspert Züriyə Qarayevanın fikrincə, Qərb dairələri Gürcüstanda hökm sürən bu vəziyyətdən narahatdır, çünki ikihakimiyyətlilik mövcuddur: “Hökumət rusmeyilli, prezident qərbpərəstdir. Ona görə rusmeyilli qüvvələri idarəetmə sistemindən tamamilə uzaqlaşdırmağa çalışırlar. İndiki hakimiyyətin – İvanişvilinin Rusiyanın havadarlığı ilə hakimiyyətə gəlməsi timsalında Kremllə gizli əlaqələrin olması danılmazdır. Bu kontekstdə Saakaşvilinin həbsi sırf siyasi xarakter daşıyır. Bundan sonra da hakimiyyət var gücü ilə çalışacaq ki, onu həbsdə saxlasın. Ancaq bu məsələ yalnız Gürcüstan hakimiyyətinin imkanları çərçivəsində deyil. Gürcüstanın Avropa Birliyi qarşısında müəyyən öhdəlikləri var. Bu öhdəliklər Tiflisi çıxılmaz vəziyyətə salmağa davam edir”. Onun sözlərinə görə, Saakaşvilinin ölkəsinə dönüşü də təsadüfi vaxtda deyildi.“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
7
moderator.az

10Mənbələr