AZ

“3+3” formatı bu məsələlərin həll olunması üçün ən yaxşı fürsətdir- ŞƏRH

“”3+3″ formatı regional əməkdaşlığın genişləndirilməsi baxımından ən vacib və perspektivli bir platformadır. Düzdür, bu platformada iştirak edən bəzi ölkələr arasında müəyyən ziddiyyətlər mövcuddur. Məsələn, Azərbaycanla Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb. O cümlədən, Gürcüstanla Rusiya arasında müəyyən səbəblərdən münasibətlər heç də normal deyil”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

A. Badamov bildirib ki, “3+3” formatı həm ölkələrarası münasibətlərin normallaşmasına töhfə verəcək, həm də digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə yol açacaq:

“Həm də qeyd etməliyik ki, Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşmaq üzrədir. Gürcüstanla Rusiya münasibətlərində də son vaxtlar pozitiv dinamika müşahidə edilir. Bundan əvvəl keçirilən “3+3″ görüşündə Rusiya iştirak etdiyinə görə Gürcüstan qatılmamışdı. Amma Türkiyədə keçiriləcək görüşə Gürcüstanın da qatılacağı gözləniləndir. Çünki regional əməkdaşlığın qurulması ölkələrimiz arasında olan ziddiyyətlərin aradan qalxmasına gətirib çıxaracaq. Bir regionda yerləşən ölkələr həmişə bir-birilə düşmən ola bilməzlər. Bu baxımdan regional ölkələr arasında bu gün yaşanan müəyyən problemlər öz həllini tapmalı və regionumuza uzunmüddətli sülh və əməkdaşlıq gəlməsi üçün hamı töhfə verməlidir. ” 3+3″ formatı bu məsələlərin həll olunması üçün ən yaxşı fürsətdir”.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
7
editor.az

10Mənbələr