AZ

Sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda muzdlu işçi sayınınvə əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlətsosial sığorta haqları üzrə daxilolmalar 3,3 milyard manatolub.

Trend İqtisadiyyat Nazirliyiyanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötənilin eyni dövrü ilə müqayisədə 10,2 % çoxdur.

O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrədaxilolmalar 13,1 % artaraq 2,1 milyard manat təşkil edib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar12,4 % artaraq 118,2 milyon manata, o cümlədən qeyri-büdcətəşkilatları üzrə daxilolmalar 15,2 % artaraq 88,2 milyon manataçatıb.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 8% artaraq 578,9 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatlarıüzrə daxilolmalar 9,2 % artaraq 406,5 milyon manat olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
23
az.trend.az

10Mənbələr