AZ

Azərbaycanda sosial sığorta haqları üzrə daxilolmalar 3,3 mlrd. manata çatıb

2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,2% və ya 305,2 milyon manat artaraq 3,3 milyard manata çatıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrünə nisbətən 13,1% artaraq 2,1 milyard manatdan çox olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edilib ki, işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% artaraq 118,2 milyon manata yaxın təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,2% artıb və 88,2 milyon manatdan çox olub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin yanvar-iyul aylarına nisbətən 8% artaraq 578,9 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,2% artıb və 406,5 milyon manatdan çox olub.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
12
banco.az

10Mənbələr