AZ

Bu il sosial sığorta haqları üzrə daxilolmalar 305 milyon manatdan çox artıb

Bu

Bakı, 7 avqust, AZƏRTAC

Muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində cari ilin yanvar-iyul ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3,3 milyard manata çatıb.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz və ya 305,2 milyon manata yaxın artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrünə nisbətən 13,1 faiz artaraq 2,1 milyard manatdan çox olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz artaraq 118,2 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,2 faiz artıb və 88,2 milyon manatdan çox olub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 2023-cü ilin yanvar-iyul aylarına nisbətən 8 faiz artaraq 578,9 milyon manata çatıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,2 faiz artıb və 406,5 milyon manatdan çox olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
12
azertag.az

10Mənbələr