AZ

Yapon avtomobil nəhəngləri Çin və ABŞ-a qarşı ittifaq yaratdılar

Nissan, Honda və Mitsubishi Tesla və digər oyunçuları proqram təminatı ilə idarə olunan avtomobil (SDV) bazarından sıxışdırmaq üçün yeni ortaqlıq elan ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə şirkətlərin birgə bəyanatında deyilir.

ABŞ və Almaniyanın çoxdan öz "böyük üçlüyü" var - General Motors, Ford və Chrysler (hər üçü indi "Stellantis” şirkətinə məxsusdur – red.) və Volkswagen Group, BMW AG və Mercedes-Benz. İndi Yaponiyanın da öz böyük ittifaqı var.

Bu həftə Honda və Nissan, mart ayında əldə edilmiş əvvəlki razılaşmaya əsaslanmaq qərarına gəliblər və "Mitsubishi”ni yeni alyansa dəvət ediblər. Şirkətlərin bəyanatına görə, tərəfdaşlıq avtomobil istehsalçıların birgə elektrik avtomobilləri üçün proqram təminatı, akkumulyatorlar və digər komponentlərin, eləcə də elektrik avtomobillərinin doldurulması xidmətlərinin hazırlanmasını əhatə edəcək. 

Hər üç şirkət avtomobil istehsalçılarının proqram təminatı ilə idarə olunan avtomobillər (SDV) adlandırdıqları sistemə keçiddə geri qalır. Keçən ay Yaponiya hökuməti öz şirkətlərinin qarşısına 2030-cu ilə qədər avtomobil bazarının 30%-ni kodla idarə etməyi hədəf qoyub.

"Autoblog”un məlumatına görə, Honda, Nissan və "Mitsubishi” birlikdə ilin ilk altı ayında dünya üzrə 4 milyona yaxın avtomobil satıblar. Bu, bazar lideri Toyota-nın təkbaşına satdığı 5,2 milyondan xeyli azdır. Tərəfdaşlıq avtomobil istehsalçılarına Çin və ABŞ avtomobil istehsalçıları ilə daha effektiv rəqabət aparmağa kömək edəcək.

Nizami Bağırov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
10
qaynarinfo.az

10Mənbələr