AZ

Məşhur avtomobil brendləri birləşir

Yaponiyanın avtomobil şirkəti "Mitsubishi Motors" daha iki böyük avtomobil istehsalçısının - "Honda" və "Nissan"ın alyansına qoşulacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, üç şirkətin birgə istehsal həcmi ildə təqribən səkkiz milyon avtomobil təşkil edəcək.

Digər tərəfdən, "Toyota" şirkəti də "Daihatsu", "Suzuki", "Subaru", "Mazda" və "Hino Motors" ilə ittifaq qurur. Birliyin ümumi satış həcmi ildə 16 milyon avtomobil olacaq.

Məlumata görə, yüksək rəqabətli bazarda "sağ qalmağa" imkan verəcək bu birliklərin təfərrüatları hələ də işlənir. Şirkətlər avtomobillər üçün proqram təminatının standartlaşdırılmasına çalışır, həmçinin bir-birinin məhsul xətlərini tamamlamağı müzakirə edirlər. Məsələn, "Honda" Yaponiyada plug-in hibridləri (PHVs) və ya pikaplar istehsal etmir, "Mitsubishi" isə bu sahədə güclü mövqeyə malikdir.

Qeyd edək ki, qlobal avtomobil sənayesi elektromobillərə doğru irəlilədikcə gündoğar ölkənin avtomobil korporasiyaları arasında əməkdaşlıq intensivləşir. Çünki bu sahədə yapon şirkətləri BYD (Çin) və "Tesla" (ABŞ) kimi digər ölkələrdəki rəqiblərindən geri qalır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
10
milli.az

10Mənbələr