AZ

Honda, Mitsubishi və Nissan ittifaq yaradacaqlar…

...Honda, Nissan və Mitsubishi əməkdaşlığı gücləndirməyi planlaşdırır. Yaponiyanın üç avtomobil nəhəngi ittifaqda birləşəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Nikkei Asia məlumat yayıb.

Onun sözlərinə görə, “Mitsubishi Corporation” “Honda” və “Nissan” şirkətlərinin mart ayında imzaladığı müqaviləyə qoşulublar. Bu təəccüblü deyil, çünki Nissan Mitsubishi səhmlərinin 34 faizinə sahibdir və iki avtomobil istehsalçısı ilə aktiv şəkildə əməkdaşlıq edib ümumi platformalarda modellər yaradırlar.

Yeni assosiasiyanın əsas məqsədi avtomobillər üçün standartlaşdırılmış proqram təminatı və süni intellektin birgə hazırlanmasıdır. Bu, yeni modellər yaratarkən pula qənaət edəcəkdir.

Qeyd edək ki, Honda Yaponiyanın ikinci ən böyük avtomobil istehsalçısıdır (ötən il istehsal olunmuş 4,1 milyon avtomobil), Nissan isə üçüncüdür (3,44 milyon). Mitsubishi 810 min avtomobil istehsal etdi, yəni ümumilikdə yeni alyans ildə 8 milyondan çox avtomobil istehsal edəcək və Toyota-ya meydan oxuya biləcək.

Bundan əlavə, avtomobil istehsalçıları bir-birini tamamlaya biləcəklər. Xüsusilə, Mitsubishi və Nissan Honda-nın istehsal etmədiyi kuzovlu pikaplar istehsal edir.

Nissan elektrik avtomobillərini, Mitsubishi isə plug-in hibridlərini uğurla inkişaf etdirir. Sövdələşmənin təfərrüatları hələ açıqlanmayıb, lakin bazar buna müsbət reaksiya verib. Reuters-in məlumatına görə, Mitsubishi Motors-un səhmləri 6,3 faiz, Nissan-ın 2,8 faiz, Honda-nın isə 2,6 faiz bahalaşıb.

Nazlı Almuradova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
10
sia.az

10Mənbələr