AZ

Harrisin əri birinci xanımına xəyanət etdiyini etiraf etdi

ABŞ-ın vitse-prezidenti Kamala Harrisin əri Duq Emhoff əvvəlki evliliyi zamanı digər qadınla intim münasibətdə olduğunu etiraf edib.

Day.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb .

"Birinci evliliyim zamanı Kerstin və mən hərəkətlərimə görə çətin günlər keçirdik. Məsuliyyəti öz üzərinə götürürəm" - Emhoff deyib.

Bundan əvvəl Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris qarşıdan gələn prezident seçkilərində qalib gəlsə, ölkəni kommunist dövlətə çevirməyə çalışacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
50
day.az

10Mənbələr