AZ

Bu gecə Harris və Uolzun namizədliyi rəsmi təsdiq ediləcək

Minnesota qubernatoru Tim Uolz Demokratların Çikaqoda keçirilən Milli Konvensiyasında çıxış edərək, noyabrda keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından vitse-prezident vəzifəsinə namizəd olmağa rəsmi razılıq verib.

"Birləşmiş Ştatların vitse-prezidenti vəzifəsinə namizədliyi qəbul etmək mənim həyatımın şərəfidir", - Uolz deyib.

O, həmçinin Demokratlar Partiyasından prezidentliyə namizəd və ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harrisə "onu dəvət etdiyinə görə” təşəkkür edib.

Harrisin özünün cümə axşamı (Bakı vaxtı ilə cüməyə keçən gecə) Demokratlar Partiyasının Milli Qurultayındakı çıxışında prezidentliyə namizədliyi qəbul edəcəyi gözlənilir.
 
N.Təbrizli

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
50
anews.az

10Mənbələr