AZ

Konqresmen Harrisin müsahibəsini amerikalı qadınlar üçün təhqir adlandırdı

ABŞ-ın Respublikaçı nümayəndəsi Elise Stefanik deyib ki, Kamala Harrisin CNN telekanalına müsahibəsi onun vitse-prezidentliyə namizədi Tim Vals ilə birlikdə aparıldığı üçün bütün amerikalı qadınlara təhqirdir. 

HİT.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Kamala Harrisin ilk və indiyə qədər yeganə müsahibəsinin Tim Vals ilə birgə aparılması tamamilə qəbuledilməzdir.

"Kamala Ali Baş Komandanlığa namizədliyini irəli sürərkən təkbətək müsahibə verməkdən imtina etməsi bütün qadınlara təhqirdir", deyə Stefanik bildirib.

Bundan əvvəl Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp dövlət başçısı postuna rəqibi Kamala Harrisin CNN telekanalına verdiyi ilk müsahibəni darıxdırıcı adlandırmışdı.

Kamala Harris müsahibəsində seçiləcəyi təqdirdə İsrailə dəstəyindən əl çəkməyəcəyinə, ABŞ-ın sərhəd siyasətini sərtləşdirəcəyinə söz verib, həmçinin bir sıra digər tədbirləri açıqlayıb.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
50
hit.az

10Mənbələr