AZ

“Paris-2024”: Boksçumuz yarım finalda döyüşəcək

Bu gün Azərbaycanın daha bir idmançısı “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Teleqraf.com xəbər verir ki, Anna Skidan təsnifat mərhələsində çıxış edəcək. Qadın atlet çəkicatma üzrə yarışda qüvvəsini sınayacaq.

Ruslan Lunyov bu dəfə pnevmatik tapançadan 25 metr məsafəyə atəşaçma yarışında hədəfi dəqiq nişan almağa çalışacaq. O, 10 metr məsafəyə atəşaçmada 24-cü olmuşdu.

Bu gün həmçinin boksçu Alfonso Dominqes (92 kiloqram) yarımfinal görüşünə çıxacaq. Finala gedən yolda onun rəqibi ispaniyalı Enmanuel Reyes Pla olacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu A.Dominqes isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
13
teleqraf.com

10Mənbələr