AZ

Paris-2024: Boksçumuz qazaxıstanlı ilə qarşılaşdı

Azərbaycan boksçusu Murad Allahverdiyev Paris-2024 Yay Olimpiya Oyunlarında ikinci görüşünü keçirib.

Axar.az xəbər verir ki, 80 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 final qarşılaşmasına çıxıb. Onun rəqibi Qazaxıstan təmsilçisi Nurbek Oralbay olub.

Rəqibinə məğlub olan boksçumuz mübarizəni dayandırıb.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
13
axar.az

10Mənbələr