AZ

"Bu layihənin 20 min uşağı əhatə etməsi nəzərdə tutulur" -İlahə Rəsulova

Yeni tədris ilində "İcma əsaslı məktəbəqədər təhsil" layihəsinin 20 min uşağı əhatə etməsi nəzərdə tutulur.

 

Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova bu gün mətbuata açıqlamasında deyib.

 

İ.Rəsulova bildirib ki, “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin məqsədi 3-5 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqlarının artırılması, icma əsaslı məktəbəqədər təhsil mərkəzləri və valideyn birliklərinin yaradılması, məktəblə birgə əməkdaşlıq nəticəsində ibtidai təhsilin keyfiyyətini artırmaqdan ibarətdir:

 

"Hazırkı dövrədək icma əsaslı məktəbəqədər təhsil qrupları ölkənin 55 şəhər və rayonunu əhatə edib. Bu model Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 fevral tarixli 64 nömrəli qərarı ilə tənzimlənir. Həmin layihə çərçivəsində bölgələrdə məktəb daxilində icma əsaslı uşaq təlim mərkəzləri yaradılıb. Davamlı peşəkar təlimlərə cəlb olunan tərbiyəçi-müəllimlər valideynlərlə birlikdə əməkdaşlıq edərək, həm icma əsaslı məktəbəqədər təhsil qrupunda, həm də evdə uşaqlar üçün keyfiyyətli öyrənmə mühiti yaradıb", - qurum rəsmisi əlavə edib.

 

Firuzə Əliyeva

Seçilən
73
9
sfera.az

10Mənbələr