AZ

Hazırda uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 35% təşkil edir

Hazırda ölkəmizdə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 35% təşkil edir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Operativ Media"ya verilən məlumata görə, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub.

Bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Belə ki, Elm və Təhsil Nazirliyi özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edib. Müsabiqə ilə dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqlar özəl bağçalarda boş qalan yerlərə cəlb ediləcək və təhsil haqqının bir hissəsi qrant vasitəsilə maliyyələşdiriləcək.

Əlavə olaraq, icma əsaslı məktəbəqədər təhsil qrupları, qrant layihələr çərçivəsində yaradılan qısamüddətli təlim qrupları və ailə tipli təlim qrupları modeli məktəbəqədər təhsildən kənarda qalmış uşaqların məktəbəqədər təhsil xidmətləri ilə təmin olunmasını hədəfləyir

Seçilən
23
9
operativmedia.az

10Mənbələr