AZ

 “İcma Əsaslı Məktəbəqədər Təhsil” layihəsi 55 şəhər və rayonda tətbiq edilir

 “İcma Əsaslı Məktəbəqədər Təhsil” layihəsinin məqsədi 3-5 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılması, İcma əsaslı məktəbəqədər təhsil mərkəzləri və valideyn birliklərinin yaradılması, məktəblə birgə əməkdaşlıq nəticəsində  ibtidai təhsilin keyfiyyətini artırmaqdan ibarətdir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Operativ Media"ya verilən məlumata görə, hazırkı dövrədək icma əsaslı məktəbəqədər təhsil qrupları ölkənin 55 şəhər və rayonu əhatə edib.

Bu model Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 fevral tarixli 64 nömrəli qərarı ilə tənzimlənir. Həmin layihə çərçivəsində bölgələrdə məktəb daxilində icma əsaslı uşaq təlim mərkəzləri yaradılıb.

Davamlı peşəkar təlimlərə cəlb olunan tərbiyəçi-müəllimlər valideynlərlə birlikdə əməkdaşlıq edərək həm icma əsaslı məktəbəqədər təhsil qrupunda, həm də evdə uşaqlar üçün keyfiyyətli öyrənmə mühiti yaradıb.

Seçilən
35
10
operativmedia.az

10Mənbələr