AZ

Məzahir Pənahov xaricdəki azərbaycanlılara səsləndi 

Yazını böyüt
Yazını kiçilt

Azərbaycandan xaricdəki vətəndaşlar parlament seçkilərində iştirak etmək istəyirsə, sentyabrın 1-nə qədər ölkəyə gəlməlidirlər.

Hafta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, prezident seçkilərindən fərqli olaraq parlament seçkiləri dövründə ölkə xaricində seçki məntəqələri təşkil edilmir:

“Buna görə də xarici ölkələrdəki vətəndaşlar parlament seçkilərində iştirak etmək istəyirsə, sentyabrın 1-də Azərbaycanda olmalıdırlar”.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
13
hafta.az

10Mənbələr