AZ

MSK sədri xaricdəki Azərbaycan vətəndaşlarına müraciət edib

Azərbaycandan xaricdəki vətəndaşlar parlament seçkilərində iştirak etmək istəyirsə, sentyabrın 1-nə qədər ölkəyə gəlməlidirlər.


Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.


MSK sədri deyib ki, prezident seçkilərindən fərqli olaraq parlament seçkiləri dövründə ölkə xaricində seçki məntəqələri təşkil edilmir.


"Buna görə də xarici ölkələrdəki vətəndaşlar parlament seçkilərində iştirak etmək istəyirsə, sentyabrın 1-də Azərbaycanda olmalıdırlar”, - Pənahov söyləyib.

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
13
anews.az

10Mənbələr