AZ

Məzahir Pənahov xaricdəki Azərbaycan vətəndaşlarına müraciət etdi

Azərbaycandan xaricdəki vətəndaşlar parlament seçkilərində iştirak etmək istəyirsə, sentyabrın 1-nə qədər ölkəyə gəlməlidirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, prezident seçkilərindən fərqli olaraq parlament seçkiləri dövründə ölkə xaricində seçki məntəqələri təşkil edilmir:

"Buna görə də xarici ölkələrdəki vətəndaşlar parlament seçkilərində iştirak etmək istəyirsə, sentyabrın 1-də Azərbaycanda olmalıdırlar".

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
13
milli.az

10Mənbələr