AZ

"Qazprom" Çinə gündəlik qaz tədarükü üzrə tarixi rekorda imza atıb

İyulun 27-də Rusiyanın “Qazprom” şirkəti “Sibirin gücü” qaz kəməri ilə Çin Xalq Respublikasına gündəlik qaz nəqli üzrə yeni tarixi rekorda imza atıb. 

Valyuta.az xəbər verir ki, bu barədə holdinqin mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.

“Sibirin Gücü” qaz kəməri ilə tədarük yenidən şirkətin gündəlik müqavilə öhdəliklərini aşdı”, deyə məlumatda bildirilir.

Şirkət xatırladıb ki, Rusiya qaz kəməri ilə tədarük "Qazprom" və CNPC arasında ikitərəfli uzunmüddətli qaz alqı-satqısı müqaviləsi əsasında həyata keçirilir.

Rusiya Energetika Nazirliyinin rəis müavini Sergey Moçalnikov bildirib ki, 2023-cü ildə Rusiya qazının “Sibirin gücü” boru kəməri ilə Çinə tədarük həcmi plandan 800 milyon kubmetr çox olub və 22,7 milyard kubmetr təşkil edib. Ümumilikdə, qaz kəmərinin 2019-cu il dekabrın 2-dən istifadəyə verilməsindən 2024-cü il iyulun 1-dək həmin kəmərlə 68 milyard kubmetr qaz vurulub.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
32
valyuta.az

10Mənbələr