AZ

Türkiyə Azərbaycan və İran vasitəsilə 2 milyard kubmetr türkmən qazı alacaq

Bakı. Trend:

Ankara Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verməkməqsədilə təbii qaz idxalının artırılması üzrə addımları davametdirir. Bu baxımdan biz türkmən qazının Türkiyəyə tədarükünəbaşlamağı və sonradan Avropaya ixracını vacib hesab edirik.

Trend xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbiisərvətlər naziri Alparslan Bayraktar bildirib.

Nazir xatırladıb ki, Türkmənistanla enerji əməkdaşlığı mövzusuartıq uzun müddətdir Ankaranın gündəmindədir.

“Addım-addım Türkmənistanla enerji əməkdaşlığını həyatakeçirməyi planlaşdırırıq. İlk mərhələdə qonşu İran və Azərbaycanlatürkmən qazının svop tədarükü üzrə razılığın əldə edilməsimümkündür”, - deyə Türkiyənin energetika və təbii sərvətlər naziriqeyd edib.

Bayraktar bildirib ki, Türkmənistan qazının tədarükü ilə bağlıAnkara ilə Bakı arasında artıq ümumi razılıq əldə olunub. “Bizilkin olaraq Azərbaycan və İran vasitəsilə 2 milyard kubmetrə qədərtürkmən qazı alacağımızı proqnozlaşdırırıq”, - deyə energetika vətəbii sərvətlər naziri dəqiqləşdirib və Türkiyənin boru kəmərlərişəbəkələri ilə qonşu ölkələrdən qazın nəqli imkanınıngenişləndirilə biləcəyini qeyd edib.

“Bu yolda ciddi texniki maneələr yoxdur və proses böyükinvestisiyalar tələb etmir. Əsas olan siyasi iradənin mövcudolmasıdır. Türkmənistan qazı üzrə Azərbaycanla əməkdaşlıqməsələsində heç bir problem yoxdur. Ümid edirəm ki, İran dakonstruktiv mövqe nümayiş etdirəcək. Türkmənistan qazının Türkiyəyətədarükünün başlanması yaxın aylarda və ya gələn il mümkündür”, -deyə türkiyəli nazir bildirib.

Bayraktar əlavə edib ki, növbəti addım Türkmənistandan borukəmərinin çəkilməsi və onu müşayiət edən kompressor stansiyalarınıntikintisi ola bilər ki, bu da Aİ-nin enerji təhlükəsizliyinə mühümtöhfə olacaq.

Türkiyənin energetika və təbii sərvətlər naziri həmçinin yaxınzamanda dost Türkmənistana da səfər etməyi planlaşdırdığınıaçıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
32
az.trend.az

10Mənbələr