AZ

Uzunmüddətli satınalmalara zəmanət veriləcəyi təqdirdə Türkiyə Aİ-yə daha çox qaz nəql edə bilər

Bakı. Trend:

Türkiyə Bolqarıstan vasitəsilə Avropa İttifaqına (Aİ) daha çoxtəbii qaz satmağa hazırdır, lakin şəbəkələrarası infrastrukturuninkişafına zəruri investisiyalara haqq qazandırmaq üçünuzunmüddətli öhdəliklərə ehtiyacı var.

Trend xəbərverir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziriAlparslan Bayraktar "Bloomberg" agentliyinə müsahibəsindədeyib.

"Bizə lazım olan Türkiyə-Bolqarıstan şəbəkələrarası birləşməningücünün artırılmasıdır. Türkiyə onunla ildə 7 milyard kubmetr qaztədarük edə bilər, lakin hazırda bu interkonnektor(Stranca-Malkoçlar) ildə 7 milyard kubmetr qazın yalnız yarısınıqəbul edə bilir", - nazir deyib.

O qeyd edib ki, Türkiyə-Bolqarıstan interkonnektoru vasitəsiləAvropaya qaz tədarüklərinin həcmini ildə 10 milyard kubmetrədəkartırmaq üçün Ankara SOCAR ilə işləyə bilər.

Bayraktar bu məsələ ilə bağlı SOCAR ilə mümkün əməkdaşlığındetallarını açıqlamayıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
32
az.trend.az

10Mənbələr