Fransada keçirilən Yay Olimpiya Oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün Azərbaycanın daha 3 idmançısı mübarizəyə qoşulacaq.

Belə ki, cüdo üzrə milli komandanın üzvü Yaşar Nəcəfov (66 kq) 1/16 finalda Straxinya Bunçiçlə (Serbiya) üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb.

Bu növdə mübarizə aparan Gültac Məmmədəliyeva da (52 kq) uğursuz çıxış edib. O, Anjelika Delqado ilə (ABŞ) bacarmayıb.

Bundan başqa ölkəmizi 92 kq-da təmsil edən boksçu Alfonso Dominqes kubalı Xulio Sesar la Krusla qarşılaşacaq. 

28 iyul
Cüdo
66 kq

12:00. Yaşar Nəcəfov – Straxinya Bunçiç (Serbiya) - mübarizəni dayandırdı

52 kq
12:00. Gültac Məmmədəliyeva – Anjelika Delqado (ABŞ) - mübarizəni dayandırdı

Boks
1/8 final 
92 kq

18:00. Alfonso Dominqes – Xulio Sesar la Krus (Kuba)

Xadırladaq ki, dünən cüdoçular Leyla Əliyeva (48 kq) və Balabəy Ağayev (60 kq) ilk döyüşlərində məğlub olaraq, mübarizəni dayandırıblar.

Güllə atıcılığında mübarizə aparan Ruslan Lunyov isə 10 metr məsafəyə atışda 24-cü olub.

Günün ilk mübarizəyə başlayanı badmintonçu Keişa Fatima Zəhra Çin idmançısı He Bin Çzyaoya uduzub – 0:2.

Təmsilçilərimizdən yalnız avarçəkən Diana Dımçenko uğurlu olub. O, akademik avarçəkmə növündə 1/4 finala yüksəlib.