AZ

Paris-2024, 2-ci gün: Cüdoçularımızdan uğursuz başlanğıc

Paris-2024 Yay Olimpiya Oyunlarının 2-ci günündə Azərbaycan milli komandasının daha iki cüdoçusu mübarizəyə başlayıb.

“Football-plus.az” xəbər verir ki, ilk olaraq tatamiyə 66 kq. çəki dərəcəsində yarışan Yaşar Nəcəfov çıxıb. 1/16 finalda onun rəqibi Serbiya cüdoçusu, Avropa çempionatının bürünc mükafatçısı Strahinya Bunçiç olub. Bunçiç vaza-ari xalı ilə qalib gəlib (1:0).

Beləliklə, Y.Nəcəfov elə ilk görüşdən sonra Paris-2024-də mübarizəni başa vurub.

Daha sonra mübarizəyə 1/16 finaldan Azərbaycanın daha bir idmançısı - qadın cüdoçu, 24 yaşlı Gültac Məmmədəliyeva başlayıb. 52 kq. çəki dərəcəsində yarışan Məmmədəliyevanın rəqibi ABŞ-ı təmsil edən Anjelika Delqado olub. 33 yaşlı Delqado Panamerikan oyunlarında bir neçə dəfə gümüş və bürünc medal qazanıb. Delqado əlavə vaxtda qızıl 1 xal qazanaraq 18/ finala yüksəlib. Məmmədəliyeva isə mübarizəni başa vurub. Bu zaman onun hönkür-hönkür ağlaması diqqətdən qaçmayıb.

Beləliklə, Paris-2024-də elə ilk görüşlərində uduzaraq mübarizəni dayandıran Azərbaycan cüdoçularının sayı 4-ə çatıb

Xatırladaq ki, dünən Paris-2024-ün ilk günündə mübarizəyə qoşulmuş Azərbaycan cüdoçuları Leyla Əliyeva (48 kq) və Baləbəy Ağayev (60kq) də ilk görüşlərində uduzaraq yarışı erkən tərk etməklə medalsız başa vurublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
3
football-plus.az

10Mənbələr