AZ

Gültac Məmmədəliyeva da mübarizəni dayandırdı -

Azərbaycanın qadın cüdoçusu Gültac Məmmədəliyeva "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.Metbuat.az xəbər verir ki, 52 kiloqramda çıxış edən idmançı ilk görüşündə ABŞ təmsilçisi Anjelika Delqadonu sınağa çəkib.Qızıl xal bölümündə rəqibinə vaza-ari ilə uduzan Azərbaycan millisinin bayraqdarı mübarizəni dayandırıb.Bununla da Azərbaycanın dörd cüdoçusu Olimpiadada çıxışını başa vurub. Daha əvvəl Leyla Əliyeva (48 kiloqram), Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) yarışla erkən vidalaşıblar.

Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
5
metbuat.az

10Mənbələr