AZ

“Kəpəz” Küveyt klubunu məğlub etdi

Yeni mövsüm hazırlıqlarını davam etdirən “Kəpəz” növbəti yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Gəncə təmsilçisi ölkəmizdə təlim-məşq toplanışında olan Küveytin “Əl-Yarmuk” klubu ilə qarşılaşıb. Oyun “sarı-göylər”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarını ilk hissədə Lassana Ndiaye və Kərim Lkoça vurub. Qeyd edək ki, “Kəpəz” bunadək iki yoxlama oyunu keçirib. Adil Şükürovun kollektivi “Turan Tovuz”a 0:4, “Şamaxı”ya isə 1:2 hesabı ilə uduzub.   

Seçilən
45
1
matc.az

10Mənbələr