AZ

“Kəpəz” Küveyt klubu ilə qarşılaşacaq

Kəpəz"in yoxlama oyunu keçirəcəyi növbəti rəqibin adına aydınlıq gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Gəncə təmsilçi Azərbaycanda təlim-məşq toplanışında olan Küveytin "Əl-Yarmuk" klubu ilə qarşılaşacaq. İyulun 22-də Qəbələdə təşkil ediləcək görüş saat 17:30-da başlayacaq.

Qeyd edək ki, "Kəpəz" bunadək 2 yoxlama oyunu keçirmişdi. Adil Şükürovun kollektivi "Turan Tovuz"a 0:4, "Şamaxı"ya isə 1:2 hesabı ilə uduzub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
43
8
bizim.media

10Mənbələr