AZ

"Kəpəz" Küveyt klubuna qarşı

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "Kəpəz" bu gün növbəti yoxlama oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Gəncə təmsilçi Azərbaycanda təlim-məşq toplanışında olan Küveytin "Əl-Yarmuk" klubu ilə qarşılaşacaq.
 
Qəbələdə keçiriləcək görüş saat 17:00-da başlayacaq.
 
Qeyd edək ki, "Kəpəz" bunadək 2 yoxlama oyunu keçirib. Adil Şükürovun kollektivi "Turan Tovuz"a 0:4, "Şamaxı"ya isə 1:2 hesabı ilə uduzub. 

Seçilən
51
9
sport24.az

10Mənbələr