AZ

“Kamaz” “Mercedes”lə toqquşdu:5 nəfər ölüb - FOTO

Rusiyanın Kalmıkiya Respublikasında iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 18-də "Komsomolski - Artezian" avtoyolunun 69-cu kilometrliyində qeydə alınıb. Bu barədə respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, “Kamaz” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Zərbənin təsirindən “Mercedes”in ön hissəsi “Kamaz”ın altına girib və hər iki nəqliyyat vasitəsi yanıb.

Nəticədə minik avtomobilinin sürücüsü və dörd (biri uşaq) sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

 

Namiq Musayev

В

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
41
avtosfer.az

10Mənbələr