AZ

Qaxda minik avtomobilləri toqquşub, ikisi bir ailənin üzvü olmaqla üç nəfər xəsarət alıb

Qaxda

Qaxda minik avtomobilləri toqquşub, ikisi bir ailənin üzvü olmaqla üç nəfər xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun rayonun Zəyəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qax şəhər sakini 1975-ci il təvəllüdlü Eldəniz Allahverdi oğlu Paşayevin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Ruslan Natiq oğlu Ələsgərovun idarə etdiyi "VAZ-21015" markalı avtomobili toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan “VAZ 2107” markalı avtomobilin sürücüsü E. Paşayev, avtomobildə sərnişin qismində olan həyat yoldaşı 1981-ci il təvəllüdlü Aynur Eyvaz qızı Paşayeva və digər avtomobilin sürücüsü R. Ələsgərov Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda yaralıların müayinəsi aparılır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
41
xalqcebhesi.az

10Mənbələr