AZ

Zirədə baş vermiş dəhşətli qəzada gənc sürücü öldü- VİDEO

Paytaxtın Xəzər rayonu Zirə qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 14-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 29-BA-770 dövlət nömrə nişanlı "VAZ-2107" markalı maşın, "VAZ-2106" markalı avtomobillə toqquşub. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə bir-birinə çırpılan nəqliyyat vasitələri tamamilə sıradan çıxıb. Hadisə zamanı "VAZ-2107" markalı avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Ceyhun adlı şəxs dünyasını dəyişib. Digər maşında olan sürücü və sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
41
avtosfer.az

10Mənbələr