AZ

Politoloq: “London Paşinyan-Əliyev görüşü üçün səy göstərəcək”

“Ermənistanın Baş naziri Nikol Paşinyan Böyük Britaniyanın paytaxtında keçirilən “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etsə də, London iki lideri görüşdürmək üçün əlavə diplomatik səylər göstərəcək”.

“Cebhe.info” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Çünki Nikol Paşinyan və İlham Əliyev fevralda Berlində Təhlükəsizlik Konfransı çərvəsində Almaniyanın Kansleri Olaf Şoltsun iştirakıyla görüşüblər, bundan sonra Vaşinqtonda NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan dövlət katibi Entoni Blinkenin iştirakıyla üçtərəfli görüş keçiriblər.

İndi London da Avropa toplantısı çərçivəsində fürsətdən istifadə edib Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etmək istəyir. Bu Böyük Britaniyaya Cənubi Qafqazda maraqlı olduğunu, o cümlədən Bakı ilə İrəvan arasında Berlin və Vaşinqton qədər moderatorluğunu göstərmək üçündür”, - deyə E.Şahinoğlu əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
2
cebheinfo.az

10Mənbələr