AZ

Birinci Qarabağ müharibəsinin şəhidi Zahid Nağıyev Ağdamda dəfn olundu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və 32 il sonra şəxsiyyəti müəyyənləşdirilən şəhid Zahid Baxış oğlu Nağıyevin nəşi Ağdam rayonuna aparılıb.
Oxu.Az-ın xəbərinə görə, şəhidin nəşi rayonun Evoğlu kəndində ailəsinə təhvil verilib. Şəhidlə vida mərasimi keçirilib.
Vida mərasimində şəhidin doğmaları, kənd sakinləri, müharibə iştirakçıları və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdən sonra şəhid Evoğlu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Zahid Baxış oğlu Nağıyev 1975-ci il yanvarın 1-də anadan olub. O, 1994-cü il aprelin 18-də Ağdam rayonunun Cavahirli kəndində itkin düşüb.
Zahid Nağıyev Ağdam rayon Xındırıstan kənd qəbiristanlığında naməlum əsgər kimi dəfn olunubmuş.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
50
oxu.az

10Mənbələr