AZ

Bakıda ərini boyunbağı ilə boğub öldürən qadınla bağlı hökm elan olundu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda ərini boyunbağı ilə boğub öldürən İnessa İsmayılovanın kassasiya şikayəti təmin edilməyib.
APA xəbər verir ki, bu barədə qərar Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, İnessa İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, 2021-ci il mayın 9-da paytaxtın Səbail rayonunda Rusiya vətəndaşı İnessa Vladimirovna İsmayılova həyat yoldaşı, 1952-ci il təvəllüdlü Rəşid Axundovu boğaraq qətlə yetirib. Belə ki, qadın evdə ailə münaqişəsi zəminində aralarında yaranan mübahisə zamanı ərini cəzalandırmaq məqsədilə onun boynundakı gümüş boyunbağıdan tutub dartmaqla boğaraq öldürüb.
İnessa İsmayılova barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
50
oxu.az

10Mənbələr