AZ

Daxili siyasətAğdamda Birinci Qarabağ müharibəsinin şəhidi Zahid Nağıyev dəfn edilib - YENİLƏNİB

Qalıqları Ağdam rayonunun Xındırıstan kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Zahid Baxış oğlu Nağıyevlə Ağdam rayonunun Evoğlu kəndində keçirilən vida mərasimi başa çatıb.

“Report”un Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi Evoğlu kəndində dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Ağdam Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

13:55

Qalıqları Ağdam rayonunun Xındırıstan kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Zahid Baxış oğlu Nağıyevin nəşi Ağdam rayonuna gətirilib.

“Report”un Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi rayonun Evoğlu kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Zahid Baxış oğlu Nağıyev 1975-ci il yanvarın 1-də anadan olub. O, 1994-cü il aprelin 18-də Ağdam rayonunun Cavahirli kəndində itkin düşüb.

Z.Nağıyev Evoğlu kənd qəbiristanlığında dəfn olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
4
far.az

4Mənbələr