AZ

Torpaq üstündə dava qanla bitdi - 1 ölü, 3 yaralı var

Dağıstanın Ağaçaul kəndində baş verən silahlı insident zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dağıstan İstintaq Komitəsi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, iyulun 13-də Ağçaul kəndinin kənarında torpaq mübahisəsi zəminində əvvəllər ədavət münasibətləri olan yerli sakinlər arasında dava düşüb.

Dava zamanı sakinlərdən biri qısa lüləli odlu silahdan azı 13 dəfə atəş açıb, nəticədə 1 nəfər ölüb, daha 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb müəssisəsinə yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, atəş açan şəxs saxlanılıb. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
13
bizim.media

10Mənbələr