AZ

Dağıstanda torpaq üstündə dava qanla bitdi: Ölən və yaralananlar var

Dağıstanın Ağaçaul kəndində baş verən silahlı insident zamanı bir nəfər ölüb, üç nəfər yaralanıb.

hakimiyyet.az sevkavportal.ru-ya istinadən xəbər verir ki, bu barədə Dağıstan İstintaq Komitəsi məlumat yayıb.

Müəyyən edilib ki, iyulun 13-də Ağaçaul kəndinin kənarında torpaq mübahisəsi zəminində əvvəllər ədavət münasibətləri olan yerli sakinlər arasında dava düşüb.

Dava zamanı sakinlərdən biri qısa lüləli odlu silahdan azı 13 dəfə atəş açıb, nəticədə bir nəfər ölüb, daha üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb müəssisəsinə yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, atəş açan şəxs saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
15
hakimiyyet.az

10Mənbələr