AZ

Çində mədən qəzası baş verdi, ölənlər var

Çinin cənub-qərbindəki Yunnan əyalətindəki Qutu kömür mədənində baş vermiş qəza nəticəsində azı 3 şaxtaçı ölüb, daha 3 nəfər itkin düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Veysin dairəsinin təbliğat şöbəsi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, fövqəladə hadisə Pekin vaxtı ilə saat 05:40-da Santao kəndində baş verib və ərazidə qaya uçub. Hadisə qaz sızması ilə müşayiət olunub.

Şaxtada axtarış-xilasetmə işləri başlayıb. Hadisənin səbəblərinin aydınlaşdırılması ilə bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
11
teleqraf.com

10Mənbələr