AZ

Çində mədən qəzası baş verib, ölənlər var

Çinin cənub-qərbindəki Yunnan əyalətindəki Quotou kömür mədənində baş vermiş qəza nəticəsində azı üç şaxtaçı ölüb, daha üçü itkin düşüb.

Paralel.az ” xəbər verir ki, bu barədə Veysin dairəsinin təbliğat şöbəsi məlumat yayıb.

Qeyd olunub ki, hadisə bazar günü Pekin vaxtı ilə saat 05:40-da (Bakı vaxtı ilə 01:40) Santao kəndində baş verib və qeyd olunan yerdə qaya uçub.

Şaxta rəhbərliyi axtarış-xilasetmə işlərini təşkil edib. Hadisənin səbəbləri aydınlaşdırılır, araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
12
paralel.az

10Mənbələr