AZ

Çində mədən qəzası baş verib, ölənlər var

Çinin cənub-qərbindəki Yunnan əyalətindəki Quotou kömür mədənində baş vermiş qəza nəticəsində azı üç şaxtaçı ölüb, daha üçü itkin düşüb.Bu barədə Veysin dairəsinin təbliğat şöbəsi məlumat yayıb.

Hadisə bazar günü Pekin vaxtı ilə saat 05:40-da (Bakı vaxtı ilə 01:40) Santao kəndində baş verib və qeyd olunan yerdə qaya uçub.

Şaxta rəhbərliyi axtarış-xilasetmə işlərini təşkil edib.
 
Hadisənin səbəbləri aydınlaşdırılır, araşdırma aparılır.

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
12
anews.az

10Mənbələr