AZ

Pakistanla bağlarımız daha da möhkəmlənəcək - Sahib Alıyev

Yazını böyüt
Yazını kiçilt

“Prezident İlham Əliyevin təyyarəsi Pakistanın hava sərhəddini keçib yerə enənə qədər qardaş ölkənin qırıcılarının dövrəsində təzim uçuşu ilə müşayət edildi. Baş nazir Məhəmməd Şahbaz Şərifin Azərbaycan Prezidentini qarşılamaq üçün Hərbi Hava Qüvvələrinin Nur Xan bazasına şəxsən təşrif gətirməsi Azərbaycan xalqına və liderinə göstərilən böyük sayqının tərənnümü idi. Əlbəttə, Pakistanda Azərbaycana qarşı dogma münasibətin olduğu hər kəsə yaxşı məlumdur və bu təntənəli qarşılanma bunu bir daha dünyaya sərgiləmiş oldu”.

Bunu hafta.az-a deputat Sahib Alıyev Azərbaycan dövlət başçısının Pakistana səfəri müstəvisində ortaya çıxan mühüm nüanslar və iki ölkə arasında münasibətlərin inkişaf tempinə diqqət çəkərkən bildirib.

S.Alıyev Pakistanın Qarabağ məsələsində Azərbaycanı beynəlxalq platformalarda dəstəkləməsi faktına diqqət çəkib. O, bildirib ki, Minsk qrupunun üç həmsədri, eləcə də bir sıra böyük dövlətlərin açıq şəkildə qarşı çıxmalarına rəğmən təkbaşına BMT-nin 4 qətnaməsini reallaşdırmağı bacarmaqla presedent yaradan işğalçı Ermənistan üzərində zəfər çalmış xaqlın Müzəffər Ali Baş Komandanını Pakistan elə bu cür də qarşılamalıyıdı. Həm də ona görə ki, bir neçə gün öncə Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçirilən Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli görüşünün anlamını dünyaya bir daha bəyan etsin.

“Bizim işğalçı üzərində zəfərimizi hələ də həzm etmək istəməyənlərlə yanaşı, ona özününkü kimi yanaşanlar da var. Azərbaycanın zəfərinə özünükü kimi yanaşanların fərqi gücünün sarsılmazlığındadır!

Hesab edirəm ki, iki dövlət arasında bütün sahələri əhatə edən 15 anlaşma, Azərbaycanın Pakistan iqtisadiyyatına ilkin mərhələdə 2 milyard dollar yatırım qoymaq planı, mütəxəssislərimizin İslamabadın modrenləşməsinə verəcəkləri töhfə aradakı bağları daha da möhkəmlədəcək”.

S.Alıyevin qənaətinə görə, Pakistanda ən böyük önəm verilən məsələlərdən birincisi Azərbaycan Prezidentinin Cəmmu və Kəşmir probleminə yanaşmada tutduğu mövqedir.

“BMT-nin sözü gedən regionlarla bağlı hələ də yerinə yetirilməmiş 4 qətnaməsi var. Özü də onlar Azərbaycan topaqlarının işğalına son qoyulmasına çağıran qətnamələrdən təqribən yarım əsr qabaq, 1948-ci ildə qəbul edilmişdi. Ona görə də BMT-nin yerinə yetirə bilmədiyi qətnaməlri özü təkbaşına reallaşdırmağı bacarmış bir dövlətin başçısının Cəmmu və Kəşmir məsələsindəki mövqeyi Pakistan üçün o qurumun Təhlükəsizlik Şurasının daimi üzvlərinin mövqeyindən heç də az önəmli olmamalıdır. Üstəlik, Azərbaycan öz mövqeyində səmimi və qətiyyətlidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
26
hafta.az

10Mənbələr