AZ

Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti Tovuz döyüşlərinin dördüncü ildönümü ilə əlaqədar İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Nazirliyin mətbuat xidmətindən Herbiand.az-a bildirilib ki, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Şəhidlik zirvəsinə ucalan Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib.

Şəhidlərin ölməzliyindən danışılıb, onların xatirələrinin bundan sonra da əziz tutulacağı vurğulanıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
23
herbiand.az

10Mənbələr