AZ

SON DƏQİQƏ:Sabiq XİN rəhbəri vəfat etdi - FOTO

Fransa Prezidenti Fransua Miteranın dövründə (1984-1986 və 1988-1993-cü illərdə) ölkənin xarici siyasət idarəsinə rəhbərlik etmiş fransız siyasətçi Rolan Düma vəfat edib.

Herbiand.az xəbər verir ki, bu barədə “Agence France-Presse” onun ailəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, siyasətçi bu gün 102 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Roland Düma 1950-ci illərin ortalarından 1980-ci illərin sonuna qədər müxtəlif vaxtlarda Sosialist Partiyasından üç dəfə Fransa Milli Assambleyasının üzvü olub. Düma eyni zamanda Fransanın Avropa işləri üzrə nazir nümayəndəsi (1983-1984) və Fransa Konstitusiya Şurasının sədri (1995-2000) vəzifələrində çalışıb./qafqazinfo.az/



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
23
herbiand.az

10Mənbələr