AZ

SON DƏQİQƏ:12 yaşlı Adəm yük maşınının altında qaldı - FOTO

Türkiyədə sürücü Salih G.-nin (44) idarə etdiyi yük maşını qəfil yola çıxan 12 yaşlı Adəm B.-ni vurub.

Herbiand.az xəbər verir ki, zərbənin təsirindən uşaq yerə yıxılıb və ağır xəsarət alıb. Xəbər verildikdən sonra hadisə yerinə polis və həkim briqadası göndərilib.

Ağır yaralanan 12 yaşlı uşaq hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə dövlət xəstəxanasına aparılıb. Yük maşını sürücüsü isə qruplar tərəfindən nəzarətə alınıb.

Qeyd edək ki, səhhətinin ağır olduğu müəyyən edilən uşaq Bursa Yüksek İhtisas Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib.

Qəza ilə bağlı araşdırmalar davam edir./news24.az/



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
854
23
herbiand.az

10Mənbələr