AZ

Avro-2024: İngiltərə millisi Niderlanda qalib gələrək finala vəsiqə qazanıb

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn Niderland və İngiltərə yığmaları arasındakı oyun başa çatıb. SİA xəbər verir ki, görüş ingilislərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 7-ci dəqiqədə Niderlandın heyətində Xavi Simon açsa da, İngiltərə seçməsi 17-ci dəqiqədə Harri Keyn (penalti) və 90-cı dəqiqədə Olli Votkinsin qolları ilə finala vəsiqə qazanıb. İngiltərə millisi finalda İspaniya ilə üz-üzə gələcək. Görüş iyulun 14-də baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
3
sia.az

10Mənbələr