AZ

Avro-2024: İngiltərə millisi Niderlanda qalib gələrək finala vəsiqə qazanıb YENİLƏNİB 4

Avro-2024: İngiltərə millisi Niderlanda qalib gələrək finala vəsiqə qazanıb YENİLƏNİB 4

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn Niderland və İngiltərə yığmaları arasındakı oyun başa çatıb. ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, görüş ingilislərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 7-ci dəqiqədə Niderlandın heyətində Xavi Simon açsa da, İngiltərə seçməsi 17-ci dəqiqədə Harri Keyn (penalti) və 90-cı dəqiqədə Olli Votkinsin qolları ilə finala vəsiqə qazanıb. İngiltərə millisi finalda İspaniya ilə üz-üzə gələcək. Görüş iyulun 14-də baş tutacaq.

00:03

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn Niderland və İngiltərə yığmaları arasındakı oyunda ikinci hissə başlayıb. ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, ilk yarıdan sonra hesab bərabərdir - 1:1. Qeyd edək ki, görüşü almaniyalı Feliks Şvayer idarə edir.

23:55

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn Niderland və İngiltərə yığmaları arasındakı oyunda birinci hissə başa çatıb. ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar. Qeyd edək ki, görüşü almaniyalı Feliks Şvayer idarə edir.

23:24

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn Niderland və İngiltərə yığmaları arasındakı oyunda ikinci qol vurulub. ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, İngiltərə millisinin üzvü Harri Keyn 18-ci dəqiqədə penaltidən hesabı bərabərləşdirib. Görüşü almaniyalı Feliks Şvayer idarə edir.

23:14

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn Niderland və İngiltərə yığmaları arasındakı oyunda hesab açılıb. ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, qarşılaşmanın 7-ci dəqiqəsində niderlandlıların heyətində Xavi Simons fərqlənib. Görüşü almaniyalı Feliks Şvayer idarə edir.

23:01

Almaniyanın ev sahibliyi etdiyi XVII Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn Niderland və İngiltərə yığmaları arasındakı oyun başlayıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Görüşü almaniyalı Feliks Şvayer idarə edir.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
5
ilk.az

10Mənbələr