AZ

Avro-2024: Niderland - İngiltərə oyununda ikinci hissə başlayıb YENİLƏNİB 3

Avro-2024: Niderland - İngiltərə oyununda ikinci hissə başlayıb YENİLƏNİB 3

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn Niderland və İngiltərə yığmaları arasındakı oyunda ikinci hissə başlayıb. ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, ilk yarıdan sonra hesab bərabərdir - 1:1. Qeyd edək ki, görüşü almaniyalı Feliks Şvayer idarə edir.

23:55

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn Niderland və İngiltərə yığmaları arasındakı oyunda birinci hissə başa çatıb. ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar. Qeyd edək ki, görüşü almaniyalı Feliks Şvayer idarə edir.

23:24

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn Niderland və İngiltərə yığmaları arasındakı oyunda ikinci qol vurulub. ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, İngiltərə millisinin üzvü Harri Keyn 18-ci dəqiqədə penaltidən hesabı bərabərləşdirib. Görüşü almaniyalı Feliks Şvayer idarə edir.

23:14

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn Niderland və İngiltərə yığmaları arasındakı oyunda hesab açılıb. ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, qarşılaşmanın 7-ci dəqiqəsində niderlandlıların heyətində Xavi Simons fərqlənib. Görüşü almaniyalı Feliks Şvayer idarə edir.

23:01

Almaniyanın ev sahibliyi etdiyi XVII Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn Niderland və İngiltərə yığmaları arasındakı oyun başlayıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Görüşü almaniyalı Feliks Şvayer idarə edir.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
6
ilk.az

10Mənbələr