AZ

Stoltenberq deyib ki, NATO-nun qlobal bir təşkilat olmaq planı yoxdur

Alyansın baş katibi Yens Stoltenberq bildirib ki, NATO qlobal təşkilat olmaq niyyətində deyil.

“NATO qlobal bir təşkilat olmaq niyyətində deyil. NATO regional təşkilat olaraq qalacaq, lakin o, qlobal çağırışlara və təhdidlərə cavab verməlidir”, – TASS onun sözlərini sitat gətirib.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın alyansa daxil olmasının vaxtı ilə bağlı danışıqları vaxtından əvvəl adlandırmışdı.

Həmçinin bildirilib ki, alyans yaxın 5 ildə hərbi arsenallarını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.

Mənbə TASS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
45
dogru.az

10Mənbələr